Hepatit b virusu haqqında bilmədiklərimiz

Hepatit B (HBV) qaraciyərin virus mənşəli infeksiyaları arasında ən aktual və müalicəsi uzun zaman alan xəstəliyidir. Dünyada hər il 50 milyon insan Hepatit B virusuna yoluxur, 350 milyon insan isə bu virusun daşıyıcısıdır. Hər il 1-2 milyon insan Hepatit B- yə bağlı səbəblərdən dünyasını dəyişir. Bu virus qaraciyəri zədələyən və yüksək dərəcədə yoluxdurma riskinə malikdir. Hepatit B virusu yalnız insan orqanizmində xəstəlik törədən DNT tərkibli və əsasən qaraciyərdə yaşayan virusdur. Bəs bu virus haqqında bilmədiklərimiz nələrdir? Bu haqqda Bakı Sağlamlıq Mərkəzinin Qaraciyər xəstəlikləri mərkəzinin şöbə rəhbəri, t.ü.f.d., Hepatoloq, Dr. Gülnarə Ağayeva məlumat verdi. ▪️ Hepatit B virusu infeksiyasını təhlükəsiz və effektiv bir peyvənd ilə qarşısını almaq olar. ▪️ Hepatit B vaksinindən (peyvəndindən) Hepatit B vurusu ala bilməzsiniz. ▪️ Hepatit B peyvəndi qaraciyər xərçənginin qarşısını alır. ▪️ Hepatit B virusu qandan və tüpürcək, sidik kimi digər bədən mayelərində yoluxa bilər. ▪️ Hepatit B virusuna yoluxan bir adam xəstə hiss etməsə belə, yenədə başqalarına yoluxdura bilər. ▪️ Hepatit B virusu QİÇS virusdan 100 dəfə daha çox yoluxucudur.

Diqər xəbərlər